Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Misli Premyer Liqasında 2024/25 mövsümünün çempionu "Qarabağ"ın son ev oyununun vaxtı bəlli olub.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi 18 mayda doğma meydanda "Kəpəz"lə qarşılaşacaq."Köhlən atlılar" oyundan sonra çempionluq kubokuna qovuşacaq.

"Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.Reqlamentə əsasən, Azərbaycan çempionu olan komanda birinci yeri vaxtından əvvəl təmin edirsə, komandaya qızıl medallar və kubok sonuncu ev oyununda təqdim edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right