Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda səfərdə olub.
Newsport.az xəbər verir ki, o, Salonikidə keçirilən yunanıstan Superliqasının PAOK - AEK (1:0) görüşünü izləyib.
Portuqaliyalının bu görüşdə olmasının səbəblərindən biri də komandaya rəhbərlik edərkən PAOK-a dəvət etdiyi Vieyrinyanın futbolçu karyerasını bitirməsi olub.
Millimizin çalışdırıcısı 39 yaşlı futbolçuya “ağ-qaralar”ın xatirə lövhəsini təqdim edib. Xatırladaq ki, Santuş 2007-2010-cu illərdə PAOK-da çalışıb.