"Qarabağ”ın futbolçusu Ansi Aqolinin zədəsinin olması barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, Ansinin durumu gözləniləndən ciddidir. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Ansinin komandanın ötən gün baş tutan məşqində iştirak etmədiyini bildirib. Qurbanov Albaniya millisinin üzvünün son durumunun qeyri-müəyyən olduğunu və onun Avropa Liqasının qrup mərhələsinin son turunda Belçikanın "Anderlext” klubu ilə səfərdə baş tutacaq oyunda iştirak etməmə ehtimalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Ansi Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Tottenhem”ə qarşı baş tutan oyunda zədə almışdı.