“Qarabağ”ın 4 mümkün rəqibi

Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 27-si məlumdur.

Newsport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 28 iştirakçısından 23-ü, birbaşa II təsnifat mərhələsindən yarışa start verəcək 10 klubdan 4-ü bəllidir.

Azərbaycan Premyer Liqasında mövsümü çempion kimi başa vuracağı dəqiqləşən “Qarabağ”da II raunddan mübarizəyə qoşulacaq. Qurban Qurbanovun yetirmələri püşkatma zamanı səpələnmişlərin sırasında yer alacaq. Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləri olacaq. TNS, “Drita”, “Breydablik” və “Linfild”in yer aldığı cütün qalibi ağdamlılara rəqib ola bilər.

Liqa yolunda isə 6 komanda II təsnifat mərhələsində mübarizə aparacaq. Onlardan 3-ü bilinir.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

Rumıniya çempionu

“Malmö” (İsveç)

“Jalgiris” (Vilnüs, Litva)

RFS (Latviya)

Bosniya və Herseqovina çempionu

“Linkoln” (Cəbəllütariq)

“Kuopio” (Finlandiya)

Sloveniya çempionu

TNS (Uels)

“Drita” (Kosovo)

“Breydablik” (İslandiya)

“Linfild” (Şimali İrlandiya)

Səpələnməmişlər

“İnter” (Andorra)

“Şkendiya” (Şimali Makedoniya)

“Levadiya” (Estoniya)

“Dinamo” (Minsk, Belarus)

“Hamrun” (Malta)

“Kayrat” (Qazaxıstan)

“Noah” (Ermənistan)

“Differdanj” (Lüksemburq)

“İberiya” (Gürcüstan)

“Vikinqur” (Farer adaları)

“Şelburn” (İrlandiya)

Albaniya çempionu

“Virtus” (San Marino)

Qeyri-müəyyənlər

“Buduçnost” (Monteneqro)

Moldova çempionu

II təsnifat mərhələsi

Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)

“Slovan” (Slovakiya)

Danimarka çempionu

“Qarabağ” (Azərbaycan)

“Lüdoqorets”in yer aldığı cütün qalibi

Rumıniya çempionunun yer aldığı cütün qalibi

Səpələnməmişlər

“Linkoln”un yer aldığı cütün qalibi

“Kuopio”nun yer aldığı cütün qalibi

TNS-in yer aldığı cütün qalibi

“Drita”nın yer aldığı cütün qalibi

“Breydablik”in yer aldığı cütün qalibi

“Linfild”in yer aldığı cütün qalibi

Qeyri-müəyyənlər

İsrail çempionu

“Pafos” (Kipr)

Xorvatiya çempionu

Polşa çempionu

Macarıstan çempionu

Ukrayna çempionu

Liqa yolu

II təsnifat mərhələsi

Səpələnmişlər

“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Brann” (Norveç)

Qeyri-müəyyənlər

“Panatinaikos” (Yunanıstan)

Çexiya vitse-çempionu

Avstriya vitse-çempionu

İsveçrə vitse-çempionu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right