Azər Bağıorv: "Uşaqlar yaxşı mübarizə apardılar"

"Kəpəz" Misli Premyer Liqasının 34-cü turunda Tovuz şəhər stadionunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün "Kəpəz" camiəsini təbrik edirəm.

- Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?

- Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.

- Növbəti mövsümün planları cızılmağa başlayıb?

- Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right