"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 8:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"İki ay zədə səbəbindən oynamırdım. Komandamızı belə oyun münasibətilə təbrik edirəm. Qol buraxmamağa və mümkün qədər çox top vurmağa çalışırdıq. Hədəfimizə çatdığımıza görə şadam. Baş məşqçi mənə şans verdi və mən də bundan istifadə etdim. Yaxın zamanda əvvəlki formamı bərpa etmək üçün əlimdən gələni edəcəyəm". (СВС)