"Neftçi" "Turan Tovuz"a qalib gəldi, "Səbail" 1-ci liqaya düşdü Yenilənib

Misli Premyer Liqasında 34-cü tur davam edir. 

Newsport.az.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib. 

Əvvəlcə “Səbail” “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

22 xalla 10-cu olan “Səbail” Premyer Liqada qalmaq üçün bugünkü matçda mütləq qələbə qazanmalı idi. Budur ki, Elvin Məmmədovun komandası 1-ci Liqaya yuvarlanıb. "Zirə" isə 70 xalla 2-ci yerdədir. 

Günün ikinci oyununda isə “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Turan Tovuz" 49 xalla 4-cü, "Neftçi" isə 40 xalla 6-cı yerdədir. 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

10 may (şənbə)

19:30. “Turan Tovuz” - “Neftçi” - 1:2

Qollar: Emin Mahmudov, 9 (0:1), Rəhim Sadıxov, 16 (1:1), Dembo Darbo, 32 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

17:00. “Səbail” - “Zirə” - 0:1 

Qol: Davit Volkov, 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right