1-ci Liqa: "Zaqatala" "Karvan"a qalib gəldi, Mingəçevirdə sülh

Bu gün Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, 2-ci - sonuncu oyun gününə 3 matç nəzərdə tutulub.

"Qaradağ Lökbatan" MOİK-lə qarşılaşıb. "Karvan" "Zaqatala" ilə üz-üzə gəlib. "İmişli" isə "Mingəçevir"in qonağı olub.

Xatırladaq ki, 1-ci liqada "Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni təmin ediblər.

9 may (cümə)

17:00. “Qaradağ Lökbatan” – MOİK - 0:1 

Qol: S.Allahquliyev, 60

Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev

Lökbatan OİK stadionu

17:00. “Zaqatala” – “Karvan” - 3:0

Qollar: J.Assumu, 60, C.Cəbrayılov, 64, C.Qurbanlı, 90

Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov

Zaqatala OİK stadionu

17:00. “Mingəçevir” – “İmişli” - 0:0

Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right