Millimizin baş məşqçisi: "İnanıram ki, bu qələbələrin ardı gələcək"

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama görüşündə Belarusun müvafiq yaş qrupuna 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Aqil Nəbiyev oyunla bağlı fikirlərini AFFA-nın mətbuat xidmətinə bildirib:

“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.

Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyun saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right