AFFA-dan iki futbolçuya dörd oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, toplantıda aşağı liqalardakı neqativ hallar müzakirə olunub.

II Liqanın XXIV turunda “Kür-Araz”la oyunda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Hypers Guba”in futbolçusu İbrahim Nağıyev 4 oyunluq cəzalanıb, komandası 300 manat cərimələnib.

AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsində “Şəfa” ilə görüşdə rəqibin oyunçusunu təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan Gəncənin “Ümid” kollektivinin köməkçi məşqçisi Hürzad İsmayilov 5 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hakimin qərarına etiraza görə ikinci sarı vərəqə alan “Ümid”in baş məşqçisi Emin Həsənov 1 oyunluq cəza ilə canını qurtarıb.

“Şəfa”nın futbolçusu Ebru Əmirova isə rəqibin rəsmi şəxsini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq sanksiya ilə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right