"Şəmkir"lə görüşdən sonra düşündüm ki, biz birinci diviziona daha çox diqqət ayırmalıyıq. Açığı, rəqibin oyununa baxmışdıq, onları təhlil etmişik. Amma istənilən halda futbolçuları belə bir oyuna kökləmək çətindir".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şəmkir"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis “Şəmkir”in onlara çox çətinlik yaratdığını bildirib:
" Bütün bunlara baxmayaraq, qələbə qazandıq, bu münasibətlə futbolçuları və azarkeşləri təqdim edirəm. Sıx qrafikimiz var, həm çempionat həm də avrokubok matçına hazırlaşmalıyıq. “Şəmkir”lə görüşün bizim üçün faydası çox oldu”.