Latviya ilə Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
Newsport.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyası məlumat yayıb.
Latviyalılar iyunun 7-də millimizlə, üç gün sonra isə DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə qarşılaşacaq. Hər iki oyun paytaxt Riqada yerləşən “Skonto” stadionunda baş tutacaq.
Millimizlə görüşün biletləri sektorlara görə 7 avrodan 30 avroya qədər dəyişir. Uşaqlar, məktəblilər, tələbələr, təqaüdçülər və əlillər üçün biletlərdə 30 faiz endirim olacaq. 7 yaşadək uşaqlar ayrıca oturacaqda oturmamaq şərtilə və valideynlərinin müşayiəti ilə matça biletsiz daxil ola bilərlər.
Qeyd edək ki, millimiz Latviya ilə qarşılaşmadan üç gün sonra Bakıda Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.