"Şamaxı" Azərbaycan klubları arasında birinci oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.

Newsport.az xəbər verir ki, araşdırmada 65 dünya liqası yer alıb. Bura Azərbaycanın Misli Premyer Liqası da daxildir.

Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 faizlə "Şamaxı" olub. 

Bölgə təmsilçisindən sonra isə "Neftçi" (13,1 faiz), "Sabah" (9,3 faiz), "Sumqayıt" (8,2 faiz), "Zirə" (7,0 faiz), "Qarabağ" (5,7 faiz), "Səbail" (3,2 faiz), "Kəpəz" (3,1 faiz), "Araz-Naxçıvan" (2,5 faiz) və "Turan-Tovuz" (2,1 faiz) gəlir.

Qeyd edək ki, sözügedən araşdırmada ən yüksək nəticə Belçikanın "Lommel" klubundadır – 69,6 faiz. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right