Yunis Hüseynov: "Gənc futbolçuların hesabına oynadıq"

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldiyi matçı şərh edib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, oyunun gərgin keçdiyini deyib:

"Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar.  Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right