II Liqa: turun mərkəzi oyununda “sülh”

Bu gün Azərbaycan 2-ci Liqasında 24-cü tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turun mərkəzi matçında “Şəfa” lider “Şahdağ Qusar”ı qəbul edib. Çempionluq əhəmiyyəti daşıyan oyunu “ASK Arena”da minlərlə azarkeş izləyib. Onların sırasında Qusardan gələnlər çoxluq təşkil edib. 

Oyun 0:0 hesabı ilə yekunlaşıb və mövsümün sonuna iki tur qalmış bu iki komanda arasında xal fərqi 3 olaraq qalıb.

Hazırda 24 oyundan sonra 68 xalı olan “Şahdağ Qusar” 1-ci, “Şəfa” 65 xalla 2-cidir.

Qusar təmsilçisi artıq növbəti matçda 2-ci Liqada çempion olacaq.

Bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right