"Qarabağ" "Sumqayıt"a qalib gəldi, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.

Newsport.az.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.

Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Görüş meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, Ağdam klubunun turnir cədvəlində 80 xalı var. "Sumqayıt" isə 30 xalla 8-ci yerdədir. 

"Neftçi" isə "Kəpəz"i qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Bakı klubu 37 xalla 6-cı, gəncəlilər isə 29 xalla 9-cu yerdə qərarlaşıb. 

4 may

20:00. “Neftçi” – “Kəpəz” - 2:2

Qollar: Aleks Fernandes, 24 (1:0), Luis Paçu, 50 (1:1), Camal Cəfərov, 63 (1:2), Emin Mahmudov, 90+6 - pen. (2:2)

Qırmızı vərəqə: Elvin Camalov, 70 ("Neftçi")

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

“Neftçi Arena”

18:00. “Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Yassin Benzia, 59, Kadi Borqes, 82

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

"Azərsun Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right