"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının XXXIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması sabah saat 18:00-da "Azersun Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right