"Qarabağ"ın müdafiəçisi bu kluba keçməyəcək

"Qarabağ"ın futbolçusu Kevin Medina “Ferentsvaroş”a keçməyəcək.

Newsport.az xəbər verir ki, Macarıstanın “Üllői út 129” portal kolumbiyalının yayda “Qarabağ” “Ferentsvaroş”a dəyişə biləcəyi haqda xəbəri təkzib edib.

Macar həmkarlarımızın yazdığına görə, “Ferentsvaroş” Kevin üçün “Qarabağ”a müraciət etməyib.

Əlavə edək ki, 32 yaşlı müdafiəçi 2020-ci il iyulun 19-da Ağdam klubuna keçmişdi. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right