Bu gün Misli Premyer Liqasında 33-cü tur start götürüb.
Newsport.az xəbər verir ki, ilk günə 1 matç nəzərdə tutulub. "Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, "qartallar" xal sayını 67-ə çatdırıb və turnir cədvəlində 2-ci yeri təmin edib. "Turan Tovuz" isə 49 xalla 4-cü yerdədir.
Xatırladaq ki, "Zirə" ötən mövsüm də çempionatı 2-ci yerdə başa vurmuşdu.
Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu rəsmiləşdirib.
2 may
20:00. “Zirə” – “Turan Tovuz” - 1:0
Qol: Salifu Suma, 48
Qırmızı vərəqə: Qismət Alıyev, 58 ("Zirə")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Zirə İdman Kompleksinin stadionu