"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.

Bu barədə Newsport.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.

Qeyd edək ki, 2023/2024 mövsümündən komandada çıxış edən ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right