"Ludoqorets" "Zirə"nin legioneri üçün 800 min təklif etdi

Bolqarıstanın "Ludoqorets" klubu qvineyalı vinger Salifu Suma ilə bağlı "Zirə"yə təklif göndərib.

Newsport.az  “AfricaFoot”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsində nəzərdə tutulduğu kimi, 800 min avro məbləğində sərbəst buraxılması ilə bağlı məlumat alan “Ludoqorets” bununla razılaşıb və artıq danışıqlara başlayıb.

Bolqarıstan klubu Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Suma 2023-cü il avqustun 2-dən "Zirə"də çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right