Azərbaycan millisinin baş məşqçisi bu komitədə çalışa bilər

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Portuqaliya Milli Futbol Məşqçiləri Assosiasiyasının (ANTF) Məsləhət Şurasına daxil ola bilər.

Newsport.az "A Bola”ya istinadən xəbər verir ki, bu barədə ANTF-nin prezidentliyinə namizəd Enrike Kalisto məlumat verib.

O, seçkilərdə qalib gəlsə, Şuranın tərkibinə Joze Mourinyo, Xorxe Xesus, Karlos Keyruş, Paulo Bento və Fernandu Santuşun daxil ediləcəyini bildirib.

Seçkilər mayın 31-də keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right