“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına Qazaxıstan çempionu da qoşulub.
Belə ki, Qurban Qurbanovun yetirmələri püşk zamanı “Kayrat”a rəqib ola bilərlər. Bununla “Qarabağ”ın potensial rəqiblərinin sayı 6-ya yüksəlib.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Jalgiris” (Litva)
RFS (Latviya)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
Səpələnməmişlər:
“Kayrat” (Qazaxıstan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Virtus” (San Marino)
Qeyri-müəyyənlər:
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.