Yığmamızın qrup birincisi olmaq şansı 0,42%

DÇ-2026-nın seçmə mərhələsində komandaların şansları dəyərləndirilib.

Newsport.az saytının məlumatına görə, iştirakçıların qrupda tutacaqları yerlər təxmin edilib.

Azərbaycan millisinin yer aldığı D qrupunun aşkar favoriti Fransa yığmasıdır. Fransızların qrup birincisi olmaq ehtimalı 83,99 faizdir. Bu yerə ikinci iddiaçı sayılan Ukraynaya cəmi 12,81%-lik şans verilib. İslandiyanın birinci yeri tutmaq ehtimalı 2,78%-ə bərabər göstərilib. Qrupun autsayderi Azərbaycan millisinə inam cəmi 0,42%-dir.

Ehtimallara əsasən, qrupda Ukrayna 2-ci, İslandiya 3-cü, Azərbaycan seçməsi isə 4-cü yerdə qərarlaşacaq.

D qrupundakı komandaların şansları faiz baxımından aşağıdakı kimidir:

Fransa: 1-ci yerə – 83,99%, 2-ci yerə – 13,62%, 3-cü yerə – 2,24%, 4-cü yerə – 0,15%

Ukrayna: 1-ci yerə – 12,81%, 2-ci yerə – 55,54%, 3-cü yerə – 24,78%, 4-cü yerə – 6,96%

İslandiya: 1-ci yerə – 2,78%, 2-ci yerə – 24,3%, 3-cü yerə – 49,06%, 4-cü yerə – 23,83%

Azərbaycan: 1-ci yerə – 0,42%, 2-ci yerə – 6,60%, 3-cü yerə – 23,92%, 4-cü yerə – 69,06%

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda mübarizəyə sentyabrda start veriləcək. Komandamız həmin ayın 5-də səfərdə İslandiya, 9-da isə evdə Ukrayna ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right