Araz Abdullayev Qaradağ Lökbatana qarşı oynaya bilər

"Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı "Qaradağ Lökbatan"la oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, baş məqşçi Əsgər Abdullayev qarşıdakı görüşdə Anyete ilə Məqsəd İsayevin xidmətindən yararlana bilməyəcək.

Hər iki futbolçu zədəlidir. Zədəsini sağaldan Araz Abdullayev isə formasını bərpa etmək üzrədir və qarşıdakı görüşdə meydana çıxması gözlənilir.

Qeyd edək ki, "Qaradağ Lökbatan"la "Neftçi" sabah "Bakcell Arena"da üz-üzə gələcək. Matç saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right