“Qarabağ” qitədə ən məhsuldar 21-ci komandadır

Avropanın milli çempionatlarında ən çox qol vuran komandaların reytinqi müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, Misli Premyer Liqasının lideri “Qarabağ” da cari mövsümün ən məhsuldar klubları sırasında yer alıb.

Ağdam təmsilçisi ölkə çempionatında keçirdiyi 32 oyunda rəqib qapılarından 78 top keçirib. Orta hesabla hər matça təxminən 2,44 qol düşür. “Qarabağ” orta məhsuldarlığa görə, Avropanın ilk “30-luğ”una düşməyi bacarıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə, qitənin ən məhsuldar 21-ci kollektividir.

Siyahıya “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya çempionatının geridə qalan 33 turunda 114 qol vurub. Orta hesabla hər matça 3,45 qol düşür. “Böyük beşlik” ölkələrindən isə yalnız “Bayern” (Almaniya – 2,90 qol), PSJ (Fransa – 2,71) və “Barselona” (İspaniya – 2,70) “Qarabağ”dan daha yaxşı statistik göstəriciyə malikdir.

Türkiyə klubları “Fənərbağça” və “Qalatasaray” da ilk “20-lik”də qərarlaşıb. İstanbul nəhənglərinin orta məhsuldarlığı müvafiq olaraq 2,58 və 2,52 qoldur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right