Mahir Emreli məşqə başladı

Almaniya 2-ci Bundesliqasının son turunda "Fortuna" ilə görüşdə əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.

Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Bu gün isə Emreli qoruyucu şinlə məşqdə iştirak edib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.

Xatırladaq ki, son vaxtlar oyununda irəliləyiş olan Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right