İki fərqli komandada hakimləri təhqir edən baş məşqçi cəzalanıb

AFFA İntizam Komitəsi U-14 Liqasında çıxış edən "Metak"ın baş məşqçisi Mehman Səfərovu 5 oyunluq cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna mütəxəssisin "Caspian"la görüşdə hakimləri təhqir etməsi səbəb olub.

U-13 Liqasında da eyni klubun baş məşqçisi olan mütəxəssis "Uğur"la matçda da "əməlindən" qalmayıb. Ona bu çempionatda 5 matçlıq cəza kəsilib.

Eyni hal Region Liqasında da yaşanıb. "Dirçəliş"in futbolçusu Nurlan Dadaşov "Marafon"la qarşılaşmada ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right