"Neftçi"nin sabiq baş məşqçisi yenə qovuldu

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç yenə istefaya göndərilib.

Newsport.az xəbər verir ki, monteneqrolu mütəxəssisin İranın "İstiqlal" klubundakı işi cəmi iki ay çəkib.

Fevralın 28-də baş məşqçi təyin edilən Bojoviçin fəaliyyəti klub rəhbərliyini razı salmayıb. Onun rəhbərliyi altında Tehran təmsilçisi Asiya Çempionlar Liqası ilə vidalaşıb. Yerli çempionatda keçirilmiş 7 matçda isə "İstiqlal" qələbə qazana bilməyib. və  cəmi 4 xal yığıb. Bojoviç "İstiqlal" klubunun tarixinə bir dəfə də olsun qələbə qazana bilməyən yeganə məşqçi kimi düşüb.

"İstiqlal" Bojoviçin baş məşqçi kimi dəyişdiyi 22-ci komanda olub.  

Qeyd edək ki, Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb və uğursuz nəticələrdən sonra istefaya göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right