“Kəpəz”in futbolçusuna sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 14-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.    

"Kəpəz”  – "İnter” matçının 90-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Budaq Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

"Zirə”  – "Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right