Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 14-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
"Zirə” – "Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Həmin oyunun 59-cu dəqiqəsində "Zirə”nin futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunurb.
Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi” – "Qarabağ” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə kluba 1000 manat cərimə kəsilib.
Azərbaycan Premyer Liqasının XIV turunun "Qəbələ” – "Rəvan” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.