Mahir “Nürnberq”in ən faydalı futbolçusu rolunda

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Nürnberq”də aparıcı futbolçulardan birinə çevrilib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa klubu artıq onunla yeni müqavilə barədə düşünür.

27 yaşlı forvardın Bundesliqanın 2 komandasının maraq dairəsində olduğu barədə məlumatlar yayılıb. Lakin “Nürnberq”in baş məşqçisi Miroslav Kloze həmyerlimizdən razıdır. O, əvvəllər Emrelinin müdafiəyə kömək etməməsindən gileylənirdi. Almaniya KİV-i hücumçunun bu baxımdan da özünü inkişaf etdirdiyini yazıb: “Emreli artıq müdafiənin dərinliyinə qədər dönür, eyni zamanda hücumun sivri ucunda olmağı bacarır. Mahir hazırda “Nürnberq”ə ən çox fayda verən futbolçudur. Bu üzdən rəhbərliyin yayda onunla yeni müqavilə imzalamaq istəməsi qaçılmazdır”.

Qeyd edək ki, Mahir Emrelinin “Nürnberq”lə hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right