"Araz-Naxçıvan” “Səbail”ə qəsdən xal verib" iddiasına belə cavab verdi

“Elxan Məmmədov mənim dostumdur. Biz futboldan qabaq bir-birimizi tanımışıq. Amma Elxan Məmmədov mənə desin 1 xal verin, elə edin, belə edin - bunlar cəfəngiyyatdır, uşaq söhbətidir”.

Newsport.az xəbər verir ki, bu sözləri Futbolxeber.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib. 

O, Naxçıvanı təmsil edən “Araz-Naxçıvan”ın Premyer Liqanın 32-ci turunda “Səbail”ə qəsdən 1 xal verməsi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib: “Oyundan sonra paltardəyişmə otağında komandaya iradımı bildirdim. Futbolçuları da başa düşürəm, gücləri çatmadı. 45-ci, hətta deyərdim 35-ci dəqiqədən sonra “Araz-Naxçıvan” dayandı. Bu cür söhbətlər kiməsə də yapışsa, mənə yapışmaz. Heç kim mənə o göstərişi verə bilməz. Axırda uduza da bilərdik. “Səbail” çox gözəl futbol oynadı. Onlar üçün də çox vacib matç idi. “Araz-Naxçıvan” arxaya çəkiləndə yanımda əyləşənlərə dedim ki, “biz buradan heç-heçə ilə getsək, böyük şeydir”.

“AFFA-nın son Konfransında belə fikirlər səsləndi ki, Azərbaycan Premyer Liqasında da danışılmış oyunlarla bağlı şübhələr var. “Araz-Naxçıvan”ın futbolçularından şübhələnməmisiniz” sualına belə cavab verib: “Yox. O vaxt “İnter”in məsələsi yəqin yadınızdadır. O məsələni mən açdım. Ukraynadan, Gürcüstandan pul vurulmuşdu. Öz klubumun içində bu işi açdım. Halbuki şəxsi münasibətim olan futbolçular idi. Mən olan yerdə elə şey ola bilməz. Üstəlik, komanda nəzarətdədir, bunun üçün öz metodlarım var. Bunu nə məşqçilər bilir, nə administrativ heyət. Mən olan yerdə bu cür şeylər qeyri-mümkündür. 10 faiz şübhəm olsa belə, həmin o futbolçu meydana çıxa bilməz. Bu mövsüm “Şamaxı”nın adı hallandı. Adil Nağıyevə simpatiyam olub, kim aldadıb onu yoldan çıxardı... İstənilən halda belə şeylər bağışlanmazdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right