“Zirə”nin futbolçusuna hardan təklif var? Meneceri açıqladı

“Zirə”nin legioneri Salifu Sumanın meneceri futbolçu ilə “Spartak”ın (Moskva) maraqlandığına dair xəbərlərə münasibət bildirib.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sumanın meneceri Yussef Mussaid deyib:

“‘Spartak’ın marağı? Konkret klublarla bağlı heç nə deyə bilmərəm, amma müxtəlif ölkələrdən bir çox komanda ilə əlaqədəyəm. Rusiyada Salifuya maraq var və biz bir neçə klubla danışırıq”.

Qeyd edək ki, 21 yaşlı qvineyalı vingerin “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right