"Xəzər Lənkəran" "Kəpəz" üçün başladı

"Xəzər Lənkəran” bir gün istirahət etdikdən sonra yenidən bir araya gəlib.
Newsport.az-ın məlumatına görə, cənub təmsilçisi dünən Lənkəranda toplaşaraq hazırlıqlara başlayıb.
Amma məşqlərdə tam heyət iştirak edə bilməyib. Belə ki, zədəli Elnur Cəfərov və İlyas Səfərzadə ilə yanaşı, hazırda Bakıda olan Sadio Tounkara hazırlıq prossesinə qatılmayıblar. Müalicə alan Elnur MRT müayinəsindən keçsə də, növbəti oyunda meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. "Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən Rahid Əmirquliyev və Tural Cəlilov isə hazırda komanda ilə birlikdədirlər.
 
Xatırladaq ki, "Xəzər Lənkəran” dekabrın 2-də Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda "Kəpəz”lə üz-üzə gələcək.

(12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right