Mahir Emreli Bundesliqada?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada komandasını dəyişə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, II Bundesliqa təmsilçisi “Nürnberq”də çıxış edən 27 yaşlı forvard əsas Bundesliqada oynaya bilər. Çünki elitanın iki iştirakçısı onun keçidində maraqlıdır. Emrelinin yayda “Nürnberq”dən ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.

“Nürnberq”in mətbuat xidməti isə Mahirin zədələndiyini açıqlayıb. O, 31-ci turda “Fortuna” ilə görüşdə biləyindən xəsarət alıb. Artıq tibbi müayinədən keçən Emrelinin növbəti matça qoruyucu vasitə ilə çıxması gözlənilir.

Qeyd edək ki, “Nürnberq” 32-ci tur çərçivəsində mayın 4-də “Elversberq”i qəbul edəcək.

Mövsümün əvvəlində “Nürnberq”ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunbda 1 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right