“Olimpiakos”la “Srvena Zvezda” “Qarabağ”a rəqib olmayacaq

2025-26 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ilk raundda olduğu kimi, yoluna davam edərsə, II təsnifat mərhələsinin püşkü zamanı da səpələnmişlər sırasında qərarlaşacaq.

Buna səbəb təmsilçimizin yüksək reytinq əmsalına (32.000) malik olmasıdır. II raunddan mübarizəyə başlayacaq iki komanda da artıq məlumdur. Müvafiq olaraq Yunanıstan və Serbiya çempionu olan “Olimpiakos”la “Srvena Zvezda” püşkatma zamanı güclülər arasında olacaqlar. Yəni onlar “Qarabağ”ın potensial rəqibləri sırasında yer almayacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II raundun püşkü isə ertəsi gün atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right