"Zirə"nin futbolçusu Avropa klublarının hədəfində İngiltərə, Fransa, Türkiyədən maraq var

"Zirə"nin futbolçusu Salifu Suma yayda komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, "qartallar"ın heyətində uğurlu mövsüm keçirən qvineyalı vinger Avropada bir neçə klubun transfer siyahısına düşüb. Bu barədə "Foot Mercato" məlumat yayıb.

"Le Havr"ın sabiq oyunçusu ilə Fransadan 3 klub maraqlanır. Həmin klubların Liqa 1-də turnir cədvəlinin ilk yarısında yer aldığı bildirilir.

Sumaya Fransa xaricindən də maraq göstərən klublar az deyil. Belə ki, Türkiyədən "Fənərbaxça", Rusiyadan "Spartak", Bolqarıstandan "Ludoqorets" və ÇSKA, Ukraynadan "Dinamo" və İngiltərədən "Preston Nort End" 21 yaşlı vingeri heyətinə qatmaq istəyir. Gənc futbolçu Səudiyyə Ərəbistanı klublarının da diqqətini çəkib.

Qeyd edək ki, Salifu Suma 2023-cü ilin avqust ayından "Zirə"də çıxış edir. Qvineya U-23 millisinə dəvət almış ön xətt oyunçusu bu mövsüm AzərbaycanPremyer Liqasında meydana çıxdığı 30 oyunda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right