“Meydana fərqli heyətlə çıxmışdıq. Bu da istər-istəməz oyunumuza təsir edirdi”.
Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.
O, fasilədən sonra rəqibin təzyiqi artırdığını vurğulayıb: “Birinci hissəni yaxşı keçirdik. “Sabah” təhlükəli rəqibdir. Onlar da qalib gəlmək istəyirdilər. Buna görə ikinci hissədə təzyiqi daha da artırdılar. Biz daha çox əks-hücumlara bel bağlayırdıq. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik”.
28 yaşlı qolkiper çempionluğu rəsmiləşdirmələrinə də toxunub: “Çempionluq bizim üçün çox vacib idi. Çox sevinirəm ki, istəyimizə çatdıq. Hər birimiz xoşbəxtik”.
Buntiç mövsümü “qızıl dubl”la başa vurmaq istədiklərini bildirib: “İndi artıq kubokun finalını düşünməliyik. Əlimizdən gələni edəcəyik ki, “qızıl dubl” edək”.