“Çətin oyun alındı. “Sabah” yaxşı komandadır. Bizə qarşı da inamlı çıxış etdilər. Düzdür, qalib gələ bilməsək də, qazanılan 1 xal da çempionluq üçün kifayət etdi”.
Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Redon Cica Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.
O, jurnalistlərə açıqlamasında çempionluğu belə şərh edib: “Təbii k, çempion olmaq çox xoşdur. Sevinirəm ki, qızıl medallara sahib çıxdıq. Bu, mövsüm boyu çəkilən əziyyətimizin bəhrəsidir”.
Alban forvard mövsümün sonunda “Qarabağ”dan ayrılacağı barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Mənim “Qarabağ”la hələ 1 illik müqaviləm var. Sözləşməm 2026-cı ilin yayında bitir. Ona görə də növbəti mövsüm də komandada qalacağam”.