Xorvatiya mətbuatı "Nürnberq"də çıxış edən Azərbaycan milli komandasının üzvü mahir Emreli haqda yazıb.
Newsport.az xəbər verir ki, "index.hr" saytı Zaqreb "Dinamo"sunun sabiq hücumçusunun son matçlarda məhsuldarlıq göstərdiyini qeyd edib:
“Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. “Dinamo”nun sabiq hücumçusu “Fortuna” ilə matçda komandasının ikinci qoluna imza atdı. Düsseldorf komandasının hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü. O da 35 metrdən topu boş qapıdan keçirərək, komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.