Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ” 2025-2026 mövsümündə Azərbaycanı növbəti dəfə UEFA Çempionlar Liqasında təmsil edəcək.
Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirinə I təsnifat mərhələsindən başlayacaq.
32.000 əmsala malik “Qarabağ” bu raundun ən reytinqli komandalarından biri olacaq. Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsindən başlayacağı dəqiqləşən 9-cu komanda olub. Püşkatma zamanı təmsilçimiz səpələnmişlərdə, yəni güclülərin sırasında yer alacaq.
“Qarabağ”ın artıq 3 potensial rəqibi də bəllidir. Belə ki, “Vikinqur”, “Şelburn” və “Virtus” ağdamlılara rəqib ola bilərlər. Çünki onların püşkdə səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Jalgiris” (Litva)
“RFS Riqa” (Latviya)
KuPS (Finlandiya)
TNS (Uels)
Səpələnməmişlər:
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Virtus” (San Marino)