“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun “Ak Bars Arena” stadionunda onun adını daşıyan sektorun açılışında iştirak edib.
Newsport.az xəbər verir ki, tədbir çərçivəsində o, Kazan təmsilçisinin azarkeşləri ilə xatirə şəkli çəkdirib və Premyer Liqanın “Fakel”lə oyunu öncəsi topla simvolik zərbə endirib.
Berdiyev "БО Спорт"a bununla bağlı açıqlama verib:
"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm. Bizə deyəndə məşqçilər korpusunu nəzərdə tuturam. Mənim şəxsimdə bura Çerepanov, Kafanov, Urazxatov, Matsyura və Kunduxov daxildir. Azarkeşlərin sevgisi, onların hörməti, Tatarstan Respublikasının rəhbərliyinin səbri bizim üçün dəyərli oldu".
Xatırladaq ki, Berdiyev 2001-13 və 2017-19-cu illərdə “Rubin”i çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionatının, Rusiya Superkubokunun və Rusiya kubokunun qalibi olub.