Azərbaycan Premyer Liqasıın XIV turunun son matında "Qəbələ” doğma azarkeşləri önündə "Rəvan”ı qəbul edib. Qasrşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk autsayder üzərində qazanılan 1 xalı belə şərh edib:
"Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”.