Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, "Neftçi" turnir cədvəlində 35 xalla 6-cı, "Sumqayıt" isə 30 xalla 8-ci yerdədir.
Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasında sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi” - 2:2
Qollar: Bobir Abdixolikov, 20 (1:0), 52 (2:0), Bassala Sambu, 60 (2:1), Andrey Ştoqrin, 87 (2:2)
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.