Berezutski final görən 37-ci məşqçi olacaq

Misli Premyer Liqasında medal şansını itirən “Sabah”ın avrokuboklarda iştirak üçün ən real şansı Azərbaycan Kubokunu qazanmaqdır.

Newsport.az saytının məlumatına görə, bakılılar tarixində ilk dəfə ölkə kubokunda finala yüksəlməklə bu uğuru baş məşqçi Vasili Berezutski üçün də əlamətdar edib.

Belə ki, rusiyalı mütəxəssis mövsümün sonuna qədər postunda qalsa, baş məşqçi karyerasında ilk final matçına çıxacaq. Berezutski Azərbaycan Kuboku tarixində finala komanda çıxaran 37-ci çalışdırıcı olacaq.

Buna qədər 36 fərqli məşqçi final həyəcanı yaşayıb ki, onlardan 11-i əcnəbi olub. Berezutski ölkəmizdə kubokun həlledici matçında iştirak edən ikinci rusiyalı baş məşqçi olacaq. Daha əvvəl onun həmyerlisi Yuri Syomin “Qəbələ”nın sükanı arxasında iki dəfə bunu bacarıb. Ancaq o, hər iki halda məğlubiyyətə düçar olub.

Ümumilikdə bugünə qədər 5 ukraynalı, 2 rumıniyalı, 1 türkiyəli, 1 gürcüstanlı və 1 uelsli məşqçi Azərbaycan Kubokunun finalına komanda çıxarıb.

Berezutskinin finaldakı rəqibi olan həmkarı Qurban Qurbanov isə Azərbaycan Kuboku tarixinə düşəcək. O, karyerasında 6-cı dəfə həlledici görüşə çıxmaqla bunu reallaşdıracaq. Qurbanov 5 dəfə final görən əvvəlki rekordçu Ağasəlim Mircavadovu geridə qoyacaq.

Azərbaycan Kubokunun bütün finalçı məşqçiləri:

5 final

Ağasəlim Mircavadov (“Qarabağ” – 1993, 1995/96; “Xəzər Lənkəran” – 2006/07, 2007/08, 2009/10)

Qurban Qurbanov (“Qarabağ” – 2008/09, 2015/16, 2016/17, 2021/22, 2023/24)

4 final

Mehman Allahverdiyev (“Kəpəz” – 1993/94, 1996/97, 1997/98, 1999/2000)

Böyükağa Hacıyev (“Neftçi” – 2011/12, 2012/13, 2013/14, 2014/15)

2 final

Rəşid Özbəyov (“İnşaatçı”, Sabirabad – 1993; “Xəzri”, Buzovna – 1996/97)

Böyükağa Ağayev (“Kür-Nur”, Mingəçevir – 1994/95; “Qarabağ” – 2005/06)

Kazbek Tuayev (“Neftçi” – 1995/96, 2003/04)

Əsgər Abdullayev (“Şəfa” – 2000/01; “Bakı” – 2004/05)

Valentin Xodukin (“İnter” – 2007/08, 2008/09)

Yuri Syomin (“Qəbələ” – 2013/14, 2014/15)

Roman Qriqorçuk (“Qəbələ” – 2016/17, 2017/18)

Sənan Qurbanov (“Qəbələ” – 2018/19; “Keşlə” – 2020/21)

Ayxan Abbasov (“Sumqayıt” – 2018/19, 2020/21)

Rəşad Sadıqov (“Zirə” – 2021/22, 2023/24)

1 final

Məmmədəli Məmmədov (“İnşaatçı”, Bakı – 1992)

Şahin Əhmədov (“Kür”, Mingəçevir – 1992)

Ağadadaş Həmidov (“Xəzər”, Lənkəran – 1993/94)

Vaqif Sadıqov (“Neftçi” – 1994/95)

Cavanşir Novruzov (“Qarabağ” – 1997/98)

Əhməd Ələsgərov (“Neftçi” – 1998/99)

Asəf Namazov (“Şəmkir” – 1998/99)

Nazim Mehrəliyev (“Qarabağ” – 1999/2000)

Oqtay Abdullayev (“Neftçi” – 2000/01)

Qəhrəman Əliyev (“Şəmkir” – 2003/04)

Anatoli Konkov (“İnter” – 2004/05)

Yunis Hüseynov (“Karvan” – 2005/06)

İqor Nakoneçnı (“MKT-Araz” – 2006/07)

Cüneyt Biçer (“Bakı” – 2009/10)

Mirça Rednik (“Xəzər Lənkəran” – 2010/11)

Kaxaber Sxadadze (“İnter” – 2010/11)

Novruz Əzimov (“Bakı” – 2011/12)

Con Toşak (“Xəzər Lənkəran” – 2012/13)

Vəli Qasımov (“Neftçi” – 2015/16)

Yuri Maksimov (“Keşlə” – 2017/18)

Elmar Baxşıyev (“Qəbələ” – 2022/23)

Laurentsiu Regekampf (“Neftçi” – 2022/23)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right