"Qarabağ" "Şəmkir"lə oyun üçün hazırlığa başladı

Məlum olduğu kimi "Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində Şəmkir şəhərinin eyni adlı klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu artıq bu gündən sözügedən qarşılaşma üçün hazırlığa başlayıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda klubun bazasında məşq edir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq bu matç dekabrın 2-də "Azərsun Arena"da keçiriləcək və saat  18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right