"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu Yenilənib

Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb. 

Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.

"Sabah" isə turnir cədvəlində 40 xalla 5-ci yerdədir. 

27 aprel

17:30. “Səbail” – “Araz-Naxçıvan” 1:1

Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

ASCO Arena.
 
20:00. “Sabah” – “Qarabağ” 1:1

Qollar: Redon Cica, 42 - pen. (0:1),  Boyan Letiç, 73 (1:1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Bank Respublika Arena.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right