Rahid Əmirquliyev "Xəzər Lənkəran"dan gedəcəyi tarixi müəyyənləşdirdi

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klub rəhbərliyi ilə komandadan getməklə bağlı razılığa gəlib.

Newsport.az-ın məlumatına görə, o, cənub klubunun şərəfini bu ilin sonunadək qoruyacaq.

Dekabrın 20-də baş tutacaq ilin son oyunundan - "İnter"lə qarşılaşmadan sonra isə o, azad agent statusu alaraq, "Xəzər Lənkəran"dan rəsmən ayrılacaq.

Qeyd edək ki, klubda hazırda ciddi maliyyə problemləri yaşandığından, uzun illərdir cənub təmsilçisinin şərəfini qoruyan Rahid də "Xəzər Lənkəran"dan getmək məcburiyyətində qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right