1-ci Liqa: "Qəbələ" çempion oldu

Bu gün Azərnbaycan 1-ci liqasında 23-cü tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 3 matç keçirilib. 

"Karvan" "Cəbrayıl"ı qəbul edib. "İmişli" "Zaqatala"nın qonağı olub. "Qəbələ" isə MOİK-lə qarşılaşıb.

"Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Bununla da "qırmızı-qaralar" 1-ci liqada çempionluğu rəsmiləşdirib. Onlar daha əvvəl yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanmışdılar.

Digər oyunlarda "Karvan", həm "İmişli" rəqiblərini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, bölgə təmsilçiləri turnir cədvəlində son 4 turun nəticəsindən asılı olmayaraq ilk üçlükdə yerlərini təmin ediblər. Bu isə onlara da növbəti mövsüm Misli Premyer Liqasında oynamaq hüququ verir. 

"İmişli" və "Karvan"ın Premyer Liqada iştirakı məsələsi ilə bağlı yekun qərarı AFFA verəcək.

25 aprel (cümə)

17:00. “Karvan” – “Cəbrayıl” - 2:0

Qollar: B.Teymurov, 18; E.Qasımov, 81
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu 

17:00. “Zaqatala” – “İmişli” - 0:2

Qollar: İ.İnqilablı, 21; A.Ağazadə, 61
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu

18:00. “Qəbələ” – MOİK - 1:0

Qol: E.Tağıyev, 90+7 - pen. 
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu

 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right